H.Əliyev Mərkəzi

II – STEND

 

Şəkil № 12

1930-cu il.

Soldan ikinci balaca Heydər 7 yaşı olarkən.

Əlirza kişinin atası Cəfər iki dəfə Kərbəlayə gedib və çox varlı-karlı adam olmuşdur. Cəfərin Urud kəndində olan arvadı Gülcahanla qurduqları ailə böyük idi. Beş oğulları və Nərgiz adlı bir qızları vardı. Ailənin ilki Əlirza idi: 1905-1906-cı illərdə erməni quldur dəstələri Sisiyan mahalının kəndlərinə basqın edərək kəndləri qarət edib ,evləri yandırıb, mal-qarasını talan edəndə Kərbəlayı Cəfərin də var-dövləti əlindən çıxdı və ailə çox çətin vəziyyətə düşdü. Odur ki, Əlirza gənc yaşlarından qazanc dalınca Bakıya gələrək neft buruqlarında işləməyə başladı. Həyat yoldaşı Narıngülü itirən Əlirza kişi Bakıdan vilayətin mərkəzinə Naxçıvan şəhərinə gəldi. Əlirza kişi Naxçıvanda uzaq qohumu olan İzzət xanıma rast gəlir və onunla ailə qurmaq qərarına gəlir. 1922-ci ildə Əlirza kişi ilə İzzət xanım ailə qururlar və 1923-cü il mayın 10-da Əliyevlər ailəsində Heydər dünyaya gəlir. Əlirza kişi uşağı İzzət xanımın xahişi ilə onun Zəngəzurda həlak olmuş qardaşının şərəfinə Heydər adlandırır. Heydər Əlirza kişi və İzzət xanımın ilk övladı idi. Əlirza kişinin ailəsində 8 uşaq tərbiyə alırdı. Bu ailədə böyüyən uşaqların hərəsinin bir sahədə istedadlı olması  hiss olunurdu və onların hamısı da biliklərə can atırdılar. Heydərin atası Əlirza Cəfər oğlu 1939-cu ildə partiya sıralarına daxil olur. Əlirza kişi 1930—cu ilədək neft mədənlərində qazmaçı işləyirdi. O, 1933-cü ildən Beriya adına Zaqafqaziya dəmir yolunun Naxçıvan şöbəsində maşinist kimi çalışırdı. 1943-cü ildə Əlirza kişinin ölümündən sonra Heydərgilin ailəsi Naxçıvanın Zaviyyə məhəlləsinə köçürlər.

Şəkil № 13

       “1952-ci il”

Heydər Əliyev və İzzət xanım.

İzzət xanım çox səliqəli , uşaqların təlim-tərbiyyəsinə ciddi fikir verən, qənaətçil, hər şeyin yerini bilən ev sahibəsi idi. Onun əyin-başı tərtəmiz , ütülü olardı, uşaqlarını da səliqəli olmağa alışdırmışdır.Evdə bərkdən danışmaq, gülmək, hay-küy salmaq olmazdı.Onların ailəsində həmişə sadə, səmimi ab-hava hökm sürürdü. İzzət xanım 1957-ci ilin oktyabrında 62 yaşında ürək çatışmamazlığından vəfat etmişdir.

Şəkil № 14

Bakı 1949- cu il. Heydər Əliyev, anası İzzət xanım qardaşı Aqil Əliyev və bacısı Rəfiqə Əliyeva.

Şəkil № 15

    1948-ci il Naxçıvan.

    Heydər Əliyev, İsmayıl Qasımov və İbrahim İsmayılov.

            1943-cü ildə Heydər Əliyev NMR-nin XKS-də şöbə müdiri vəzifəsində çalışır. 1944-cü il yanvarın 27-də Heydər Əliyev DTXK-na əməliyyat müvəkkili vəzifəsinə isə götürülməsi barədə ərizə yazır. 1944-cü ilin mayında isə artıq o Naxçıvan XDTK –nın leytenant rütbəsi daşıyan əməkdaşı idi.

1945-ci ilin iyunun 20-dən iyulun 10-a qədər Heydər Əliyev operativ işçilərin çekist hazırlığının artırılması üzrə Az.XDTK-sı yanında qısamüddətli kurslarda təlim keçmişdir.1947-ci ildə NR-si DTK-nın 5-ci şöbəsinin rəisi təyin olunmuşdur.

            1949-cu ilin mayında Heydər Əliyevin 26 yaşı tamam olduğu ərəfədə baş leytenant Leninqradda operativ rəhbər heyətin yenidən hazırlanması məktəbində oxumağa göndərilir. Bu ərəfədə o kapitan rütbəsinə qədər yüksəlir.

1953-cü ilin axırında Heydər Əliyev XDTK-nin əkskəşfiyyat şöbəsinin rəisi təyin olunur.

Şəkil № 16

Bakı, 1951-ci il. Heydər Əliyev dostu ilə.

Şəkil № 17

Naxçıvan 1957-ci il.

Milli Təhlükəsizlik orqanlarında çalışdığı dövrlərdə iş yoldaşları ilə çəkdirdiyi fotoşəkil.

            1956-cı ildə Heydər Əliyev Az.SSR. DTN–nin mərkəzi aparatına keçirilir, ikinci əkskəşfiyyat şöbəsinin altıncı şöbəsinə rəis müavini təyin olunur.

            1958-ci ildə Heydər Əliyev Az SSR Nazirlər Soveti yanında DTK-nın ikinci şöbəsinin rəisi şöbəsinə təyin olunur. Artıq o 1957-ci ildə Kirov adına ADU-nun tarix fakultəsini bitirmişdir.

Şəkil 18

1968-ci il. General Mayor Heydər Əliyev.

Heydər Əliyev 1964-cü ildə Az SSR Nazirlər Soveti yanında DTK Sədrinin müavini , 1967-ci ildən isə sədri vəzifəsində işləmişdir.

Heydər Əliyev Az SSR DTK-nın Sədri təyin olunandan dörd ay sonra SSRİ Nazirlər Soveti yanında DTK-nın 1967-ci il 30 oktyabr tarixli 136 №li əmri ilə ona General-Mayor rütbəsi verilir. Heydər Əliyev AzSSR DTK orqanlarında General-Mayor rütbəsi almış ilk azərbaycanlı oldu. 1969-cu il iyulun 14-də AKP MK-nin birinci katibi seçilir. 1969-82 ci ilə qədər Heydər Əliyev bu vəzifəni daşımışdır.

1. TƏRİFNAMƏ.

Naxçıvan Beynəlmiləl Pedaqoji məktəbin 2 a sinif şagirdi Əliyev Heydərə əla müvəffəqiyyəti və nümunəvi əxlaqına görə verilir.

27.VI.1938-ci il.

Heydər Əliyev Naxçıvanda 1 saylı Beynəlmiləl məktəbə getmiş, Azərbaycan bölməsində təhsil almışdır. Yüksək qiymətlərlə oxumuş və daima nümunəvi əxlaqına görə fərqlənmişdir.

2. TƏRİFNAMƏ.

Naxçıvan Beynəlmiləl Pedaqoji məktəbin 3 a sinif şagirdi Əliyev Heydərə əla müvəffəqiyyəti və nümunəvi əxlaqına görə verilir.

20 iyun 1939.

3. ATTESTAT.

Az SSR Xalq Maarif Kommissariyyatı.

Attestat 1923-cü ildə doğulmuş Əliyev Heydər Əlirza oğluna Naxçıvan şəhər İnternosional Pedaqoji məktəbi, məktəb şöbəsinin bütün kursunu əla qiymətlərlə bitirdiyi üçün verilmişdir.

25 iyun 1993

Heydər Əliyev Beynəlmiləl məktəbdə 7 il oxumuş və oranı əla qiymətlərlə bitirmiş. Pedaqoji məktəbə daxil olmuş və ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.

4. ŞƏHADƏTNAMƏ.

Şəhadətnamə verilmiş SSRİ DTK- nın  məktəbini əla qiymətlərlə bitirdiyinə görə baş leytenant Heydər Əlievə.

1949-cu il 16 maydan

1950-ci il 6 iyula qədər.

1949-cu ildə Heydər Əliyev XDTK-nın baş leytenant rütbəsi daşıyan əməkdaşı idi. 1949-cu ilin mayında Heydər Əliyevin 26 yaşı tamam olduğu ərəfədə baş leytenant Leninqradda (Sank-Peterburq) SSRİ DTN operativ rəhbər heyətin yenidən hazırlanması məktəbində oxumağa göndərilir və 1950-ci ildə oranı əla qiymətlərlə bitirir.