H.Əliyev Mərkəzi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Azərbaycan  Respublikasının  prezidenti İlham Əliyev  15 aprel 2011-ci ildə Astaraya səfər etmiş , Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Mərkəzin açılışını  bildirən qırmızı lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış olmuşdur. Prezidentə bildirilmişdir ki , Azərbaycanın bütün bölgələri kimi Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı , bütün respublikada olduğu kimi , Astaranın da inkişafında mühüm rol oynamışdır.Ümummilli liderin Vətənimizin və xalqımızın qarşısındakı xidmətlərini Astara rayonunun içtimaiyyəti daim etiramla yad edir , onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə , Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.

         Prezident İlham Əliyevə məlumat verildi ki , orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ilin yanvarında başlanılmışdır. İkimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur.

         Dövlətimizin başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara , geniş ekranlı monitora baxdı.

         Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki , mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövlərini əks etdirən fotoşəkillər , 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər , 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin içtimai-siyasi ,sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır.Qiymətli eksponatlar arasında ümummilli liderin respublikamıza rəhbərlik ertdiyi müxtəlif illərdə geniş içtimaiyyətin nümayəndələri , əmək adamları ilə görüşlərini əks etdirən fotolar yer almaqdadır. Burada dahi rəhbərin təhsil , mədəniyyət , səhiyyə , idman , ordu quruculuğu və neft strategiyasının reallaşdırılmasına göstərdiyi qayğını əks etdirən fotolar da nümayiş olunur.

         Sonra dövlətimizin başçısı mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat , təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış oldu.

         Məlumat verildi ki, elektron kitabxananın fondunda 3500 kitab toplanmışdır. Buradkı 20 kompyuter vasitəsilə oxucular Milli Kitabxananın elektron resursundan olan 11 min 416 elektron kitabdan istifadə edə bilərlər. Elektron kataloqda 149 min 983 kitabın biblioqrafik gösrəricisi üzrə axtarış aparmaq mümkündür. Burada , həmcinin prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada “Avropa kitabxanaları” elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli Kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcuddur.Dekorativ tətbiqi sənət studiyasında miniatür xalçalar toxunacaq , həmcinin gənclər üçün xalçaçılıq kursları təşkil ediləcəkdir. Dekorativ tətbiqi sənət studiyasında gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün keçəcəklər.Vurğulandı ki , bu addım həm də Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edəcəkdir.Şahmat studuyasında isə uşaqlar həm şahmat , məm də dama ilə məşğul olurlar.Burada məşğələlərlə yanaşı , yarışlarda keçirilir.Gənclərin rəssamlıqla məşğul olmarı üçün Mərkəzdə təsviri sənət studiyası yaradılmışdırş Buradakı hərtərəfli şərait , eyni zamanda , 14 nəfərin təsviri sənətlə məşğul olmasına imkan verir. Mərkəz gənc nəslin dünyagörüşünü , bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaqdır.

         Prezident İlham Əliyev mərkəzin xatirə kitabına aşağıdakı ürək sözlərini yazdı.

         ``Heydər Əliyev Mərkəzində nümayiş etdirilən fotoşəkillər və materiallar ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Respublikamızın möhkəmləndirilməsində ulu öndər Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Ölkəmiz üçün ən ağır dövrdə öz siyasəti ilə Azərbaycanın ğuğrlu inkşafını təmin etmişdir, müstəqiliyini qorumuşdur.

         Bu gün Heydər Əliyev siyasəti yaşayır və davam etdirilir. Astara rayonunun uğurlu inkşafı bunun bariz nümunəsidir. Astara gözəlləşir, abadlaşır və inkşaf edir. Bütün Astaralılara uğurlar arzulayıram.

                                                                 İlham Əliyev.

                                      Azərbaycan Respublikasının Prezidenti.

                                                                      15.04.2011.

         Dövlətimizin başçısı görülmüş işlərdən razılığı bildirdi.