H.Əliyev Mərkəzi

VIII – STEND

Şəkil № 59

Bakı 1 iyun 1996-cı il.

``Qönçə-96`` uşaq musiqi festivalında. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı.

Şəkil № 60

Naxçıvan 1999-cu il.

Cəlil Məmmədquluzadənin ev-muzeyində.

28 dekabr 1994-cü ildə C.Məmmədquluzadənin 125 illik yubileyi münasibətilə Bakı şəhərində ev muzeyi açılmışdır. Azərbaycan höküməti ev muzeyinin yaradılması haqqında hələ 1978-ci ildə qərar çıxarsada bina 1982-ci ilin əvvəlində boşaldılmış, muzeyin açılışına hazırlıq işlərini həll edici mərhələsi isə 1994-cü ilə təsadüf etmişdir. Muzeydə 3000 mindən çox eksponat vardır.

Şəkil № 61

Bakı 1998-ci il.

Xalq artisləri Fidan və Xuraman Qasımova bacılarının konsertində.

1998-ci il mayın 22-də Respublika sarayında Azərbaycan xalq artistləri Fidan və Xuraman Qasımova bacılarına konserti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev konsertdən sonra səhnə arxasına gedərək Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, Dövlət Simfonik Orkestrinin rəhbəri və baş drijoru, Respublikanın Xalq artisti Rauf Abdullayevlə görüşmüş, gözəl konsertə görə və onun ünvanına deyilmiş səmimi sözlər üçün təşəkkül etmiş, xatirə şəkli çəkdirmişdir.  

Şəkil № 62

Bakı 4 dekabr 1998-ci il.

Üzeyir Hacıbəyovun ``O olmasın, bu olsun`` musiqili komediyasının yeni quruluşda ilk tamaşasında.

1998-ci il dekabrın 4-də Ş.Qurbanov adına ADMKT-da Ü.Hacıbəyovun “ O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda ilk tamaşası göstərilmişdir. Ulu öndər tamaşaya baxmaq üçün MKT-na gəlmişdir. Məşədi İbad rolunu Xalq artisti H.Bağırov oynamışdır. Digər rollarda Xalq artisti A.Bəşirqızı, B.Əliyev, X.Muradov, N.Əliyev və s. çıxış etmişlər. Tamaşadan sonra Heydər Əliyev yaradıcı kollektivin üzvləri ilə səhnə arxasında görüşmüş və gözəl ifalarına görə onları təbrik etmiş və yeni yaradıcılıq uğurları arzulamışdır.  

Şəkil № 63

Bakı 1996-cı il.

Böyükşor qəsəbəsi, 73 saylı orta məktəbin açılışında.

1996-cı il sentyabrın 1-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Bakı , Böyükşor qəsəbəsi , 73 saylı orta məktəbin açılışında iştirak etmiş , müəllim və şagirdlər qarşısında nitq söyləmiş , birinciləri təbrik etmişdir.

Şəkil № 64

Bakı 1 sentyabr 2000-ci il.

Bilik günü münasibətilə Nərimanov rayonu 82 saylı məktəbdə.

2000-ci il sentyabrın 1-də Azərbayca Respublikasının prezidenti Heydər Əliyev yeni tədris ilinin başlanması və bilik günü münasibətilə Bakı, Nərimanov rayon 82 saylı pilot orta məktəbində olmuş , şagird və müəllimlər qarşısında nitq söyləmiş , birinciləri təbrik etmiş , onlara çanta və dərs ləvazimatları hədiyyə etmişdir.

Şəkil № 65

Bakı 2 sentyabr 2002-ci il.

Bilik günü münasibətilə Suraxanı rayonu, 275 saylı məktəbdə.

2002-ci il sentyabrın 2-də  Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev  bilik günü münasibətilə Bakı , Suraxanı rayonu , 275 saylı məktəbdə olmuş , sinif otaqlarını gəzmiş , kompyüter sinfində şagirdlərin dərs prosesi ilə maraqlanmışdır.

Şəkil № 66

Bakı 1 sentyabr.

Bilik günü münasibətilə Bakı məktəblərindən birində.

30. ŞƏHADƏTNAMƏ.

1984-cü ildə BAM-ın tikintisində iştirakına görə Heydər Əlirza oğlu Əliyevə verilən şəhadətnamə.

31. VƏSİQƏ

Yoldaş Heydər Əlirza oğlu Əliyev BAM-ın qatar xəttininaçılışında iştirakına görə “Qızıl nişanla” təltif olunsun.

Hərbi şurada Dəmir yol ordusu siyasi idarəsi

28 aprel 1984-cü il.

BAM-ın tikintisi 1984-cü ildə Heydər Əliyevin zəhməti və gərgin əməyi nəticəsində başa çatdırılmışdır.

32. BİLET.

28 aprel 1984-cü ildə Heydər Əliyev BAM marşurutu üzrə ilk qatarın birinci vaqonunun, birinci yerinin fəxri sərnişini olmuşdur.

33. BİLET.

Heydər Əliyev 29 oktyabr 1977-ci ildə “ Lena- Ulkan” marşurutunun ilk qatarının sərnişini olmuşdur.

34. BİLET.

BAM-nın Baş rəisi Moxotov tərəfindən Əliyev Heydər Əlirza oğluna “ UST-KUM- komsomolsk-na-Amure” magistralı üzrə fəxri sərnişin bileti.

35. BİLET.

27 oktyabr 1984-cü ildə Baykal Amur Dəmir yol magistralı üzrə “ Lena” stansiyasından “ Komsamol –na Amure” stansiyasına kimi ilk qatarın sərnişin bileti

VII – STEND

Şəkil № 51

2000-ci il Heydər Əliyev və balaca şahmatçı.

Şəkil № 52

2000-ci il Heydər Əliyev və şahmatçı qaliblər.

Şəkil № 53

Bakı, 19 oktyabr 2000-ci il.

Heydər Əliyev Sidney yay olimpiya Oyunlarında fərqlənmiş idmançılarla.

2000-ci ildə Avstraliyanın Sidney şəhərində yay olimpia oyunları keçirilmişdi. Zemfira Mehtahəddinova, Namiq Abdullayev olimpiadanın qızıl medalına, Vüqar Ələkbərov isə gümüş medala layiq görülmüşlər. Ulu öndər vətənə qızıl və gümüş medallarla qalxmış oyunçularımızı qəbul edərək Z.Mehtahəddinovanı və N.Abdullayevi “ Şöhrət” ordeni , V.Ələkbərovu isə “ Tərəqqi” medalı ilə təltif etmişdir. Məşqçilər Vahid Məmmədov, Hafiz Cəfərov, Yaqut Məmmədov “ Şöhrət” ordeni ilə, Rəşid Məmmədov və Rauf Cabbarov isə “ Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdən sağda olimpiadanın qızıl medalçısı Zemfira Mehtahəddinova, bürünc medalçısı Vüqar Ələkbərov, məşqçi Hafiz Cəfərov, məşqçi Rauf Cabbarov, keçmiş Gənclər və İdman Naziri Əbülfəz Qarayev , ulu öndərdən solda olimpiadanın qızıl medalçısı Namiq Abdullayev, 2000-ci ildə Milli Olimpia Komitəsinin prezidenti İlham Əliyev, məşqçilər Vahid Məmmədov, Yaqub Məmmədov və Rəşid Məmmədov.        

Şəkil № 54

Bakı, 1998-ci il.

Tofiq Bəhrəmov adına stadionda çıxış edərkən.

Azərbaycan respublikasının prezidenti Heydər Əliyev Yeniyetmələrin I Respublika oyunlarının final mərhələsinin təntənəli açılış mərasimində iştirak etmişdir.

Şəkil № 55

Bakı, 28 sentyabr 1998-ci il.

Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında.

1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı olmuşdur. AR-in prezidenti Heydər Əliyev tələbə və müəllim kollektivi qarşısında nitq söyləmişdir.

ATU 1930-cu ildə yaradılmışdır. 1919-cu ildə ADU yaranarkən onun tərkibində tibb fakultəsi fəaliyyət göstərirdi. 1930-cu ildə ayrılaraq müstəqil təhsil ocağı kimi fəaliyyət göstərir.

Şəkil № 56

Şəkil № 57

Bakı 22 dekabr 2000-ci il.

Mərkəzi Klinik xəstəxanada.

Şəkil № 58

Bakı, 2002-ci il.

Respublikada keçirilən vaksinasiya tədbirində.

2002-ci ildə Bakıda vaksinasiya xəstəliklərinə qarşı mübarizə tədbirləri haqqında konfrans keçirilmişdir.Vaksinasiya - yoluxucu xəstəliklərlə mübarizə tədbiri deməkdir.

25. BƏYANAT.

1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin bəyanatı.

Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı ilin yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək mətbuat konfransı keçirən ümummilli Liderimiz Heydər Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan  xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçıların cəzalandırılmasınə tələb etmişdir.

26. HEYDƏR ƏLİYEVİ YENİDƏN NAXÇIVANIN MİLLİ MƏCLİSİNİN ÜZVÜ SEÇİLDİYİNƏ VƏ 70 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR BURAXILMIŞ MARKA VƏ KONVERTLƏR.

1987-ci ildə M.S.Qorbaçovun siyasi xəttinə etiraz əlaməti olaraq Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa vermiş, bir müddət Moskvada yaşamışdır. 1990-cı ilin iyul ayında Azərbaycana qayıdan ümummilli lider əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə XII çağırış Azərbaycan Ali Sovetinə deputatı seçilmişdir.O, 1991-93-cü illərdə Naxçıvan MR Ali məclisinin sədri, Azərbaycan respublikası Ali Soveti sədrinin müavini olmuşdur.

27-28 DİPLOM.

Baki Dövlət Universitetinin fəxri doktoru

D İ P L O M U

M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin elmi şurası

                                                Qərara alır :

Elmi inkişafında, xalqlar arasında əməkdaşlıq və sülhü möhkəmləndirməkdə xidmətlərinə görə Heydər Əliyev Bakı Dövlət Universitetinin fəxri doktoru adına adına layiq görülür.

Bakı şəhəri 28.10.1994.

1994-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin elmi şurası Heydər Əliyevi elmin inkişafında xalqlar arasında əməkdaşlıq və sülhü möhkəmləndirməkdə xidmətlərinə görə Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

2 ədəd ingilis və azərbaycanca.

29. SƏRƏNCAM.

20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında Azərbaycan Respublikasının Pezidenti Heydər Əliyevin sərəncamı.

Bakı şəhəri.17 yanvar 2000-ci il.

V – STEND

Şəkil № 35

Bakı, 26 aprel 1980-ci il.

Neft buruğunda.

Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır.O cümlədən dünyada ilk dəfə dəniz yataqlarında neft Azərbaycanda Xəzər dənizində hasil edilmişdir.Heydər Əliyevin yeni neft strategiyasının əsasında 1994-cü ildə başlanmış layihələr Azərbaycanın neft şöhrətini yenidən qaytardı.

Şəkil № 36

Bakı, 2000-ci il.

Milli Olimpiya Komitəsinin tikinti-quruculuq planları ilə tanış olarkən.

MOK 2000-ci il oktyabrın 21-də Bakıda açılmışdır. Kompleksin tikintisinə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və MOK-un prezidenti İlham Əliyev nəzarət etmişlər. MOK bir il ərzində dövlət büdcəsindən vəsait xərclənmədən tikilmişdir.

Şəkil № 37

Bakı 1998-ci il.

Bakıda Almaniyanın ``Lufthansıa`` şirkətinin nümayəndəliyinin açılışında.

1998-ci ildə Bakıda Almaniyanın “Lufthansiya” şirkətinin nümayəndəliyinin açılışı olmuşdur. Bu şirkət dünyada ən böyük hava yolları aviasiya şirkətidir.

Şəkil № 38

2001-ci il.

``Kaspian Fiş`` müəssisəsinin açılış mərasimində.

10 fevral 2001-ci il tarixində “Kaspian Fiş” müəssisəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev nitq söyləmişdir.

“Kaspian Fiş Ko Azərbaycan” şirkəti öz sərmayəsi hesabına yaratdığı , ölkəmizdə balıq məhsulları istehsal edən ilk şirkətdir.

Şəkil № 39

Poti 17 aprel 1999-cu il.

Bakı-Supsa ixrac boru kəməri və terminalın açılışında.

Xalqımız 1999-cu il müstəqil Azərbaycanın həyatında  daha bir mühüm hadisənin şahidi oldu. Həmin il aprelin 17-də Azərbaycan neftinin dünya bazarına nəql edəcək yeni Bakı-Supsa neft kəməri istifadəyə verildi. Lakin Bakı-Supsa kəmərinin texniki imkanları böyük neftin dünya bazarına daşınması üçün yetərli deyildi. Bunu aydın görən Heydər Əliyev BTC əsas ixrac boru kəmərinin tikintisini reallaşdırmaq uğrunda gərgin iş aparmağa başladı.

Şəkil № 40

Bakı şəhəri, 12 noyabr 1997-ci il.

İlk neftin hasil olması münasibətilə “ Çıraq L” platformasında.

            1997-ci ilin 12 noyabrında xəzərin Azərbaycan bölməsindəki “ Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində neft hasilatına başlandı. Ilkin nefti “ Çıraq” verdi. Bu münasibətlə həmin gün platformada təntənəli mərasim keçirildi. Mərasimdə Heydər Əliyev layihənin əməliyyatçısı olan BP şirkətinin nümayəndələri və s. qonaqlar iştirak edirdilər. “ Çıraq” platforması xəzərdə, Bakı şəhərində 120 km Şərqdə yerləşir.  

Şəkil № 41

Bakı 6 iyun 2000-ci il.

``Xəzərneftqaz`` Beynəlxalq sərgisində.

Ilk dəfə neft-qaz hasilatına dair I-Beynəlxalq sərgi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 24 may 1994-cü ildə keçirilmişdir. Xəzərneftqaz sərgisinin məqsədi Xəzər dənizinin böyük neft və qaz sərvətlərinin  dünya iqtisadiyyatına, dünya ictimaiyyətinə çatdırılmasıdır.

Şəkil № 42

Şəmkir, 23 may 2000-ci il.

Yenikənd su elektrik stansiyasında.

            Müstəqil enerji sisterminin əsası 70-ci ilərdə qoyulub. O vaxt Azərbaycan DRES, Şəmkir DES, Gəncə istilik-elektrik mərkəzi, Tərtər DES kimi elektrostansiyalar istifadəyə verilmişdir.

            Heydər Əliyev böyük çətinliklə SSRİ-nin yüksək dairələrində Cənubi Qafqazda ən iri qurğu olan istilik elektrik stansiyası-Azərbaycan DRES barədə qərarı təsdiq etdirdi və 1974-cü ildə stansiyanın tikintisinin həqiqətən ümumxalq tikintisinə çevrilməsinə nail oldu.

            Azərbaycan  müstəqillik əldə etdikdən sonra respublikanın enerji sistemi 5000 mVt-dan artıq istehsal gücünə və ümumi uzunluğu 100 min kilometrdən artıq olan elektrik ötürücü xətlərə malik olmaqla Cənubi Qafqazda ən iri və ən möhkəm, sabit, davamlı enerji sistemi idi.

            Bu gün Azərbaycan adambaşına  düşən elektrik enerjisinin həcminə görə MDB-nin bir çox ölkələrini  qabaqlayaraq dünya dövlətləri arasında aparıcı yerlərdən birini tutur. 

15. ŞƏHADƏTNAMƏ.

SSRİ Nazirlər Soveti yaında DTK-nın Djerzinski adına ali məktəbin

ŞƏHADƏTNAMƏSİ

Polkovnik Heydər Əlirza oğlu Əliyevə kursu müvəffəqiyyətlə bitirdiyinə görə verilib.

21 may 1966.

16. “ KOMMUNİST” qəzeti.

15 iyul 1969-cu il.

Heydər Əlirza oğlu Əliyev Azərbaycan  KP MK-nın 1-ci katibi və büro üzvü seçilməsi haqqında məlumat.

17. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın

Ə M R İ

Çoxillik və yüksək xidmətlərinə görə Heydər Əliyev yoldaş təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilsin.

Andropov. 27 noyabr 1969.

Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev 1969-cu ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri Andropov tərəfindən yüksək  xidmətlərinə görə təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

18. QƏRAR.

SSRİ Ali Sovetinin

QƏRARI

Azərbaycan KP MK-nin  I katibi Heydər Əliyev yoldaşa Sosialist Əməyi Qəhrəmanı adı verilsin.

SSRİ Ali Sovetinin sədri Brejnev.

24 avqust 1979.

1969-cu ildə Azərbaycan KP MK –nın birinci katibi vəzifəsinə təyin olunan Heydər Əliyevə 1979-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

19. BƏYANAT.

Azərbaycan KP MK –nin bürosunun Bakı Ali məktəblərində İranlı Azərbaycanlıların qəbulu təhsil alması haqqında

B Ə Y A N A T I

2 iyun 1981-ci il.

VI – STEND

Şəkil № 43

14 Avqust 1996-cı il.

Hərbçilərlə görüşdə.   

Şəkil № 44

25 avqust 2001-ci il.

Ali Hərbi məktəbin ilk buraxılışında.

Ulu öndər Heydər Əliyev 20 fevral 1999-cu il fəramanı ilə Azərbaycan Respublikası Silahlı qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.

Şəkil № 45

Füzuli, 9 aprel 1994-cü il

Döyüş bölgəsində.

1993-cü ilin 24 iyulunda Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentininn səlahiyətlərini həyata keçirməyə başladığı gündən ulu öndər daim cəbhə bölgələrində erməni işğalçılarına qarşı vuruşan vətən oğulları ilə tez-tez görüşür , cəbhədə olan vəziyyətləə maraqlanırdı. 1991-93-cü illər ərzində cəmiyyətin və dövlətin bütün sahələrində olduğu kimi orduda da vəziyyət Heydər Əliyevi narahat etməyə bilməzdi.Buna görə də görkəmli dövlət xadimi öz gərgin fəaliyyətində ordu quruculuğu işini ön plana çəkmişdi.Azərbaycan ordusunun təməli 1993-cü il noyabr ayının 2-də Heydər Əliyevin xalqa müraciəti ilə qoyuldu.1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi.”Azərbaycanın güclü , qüdrətli ordusu olmalıdır” ifadəsini inamla söyləyən böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanda güclü və qüdrətli ordu yaratmağa nail oldu.

Şəkil № 46

Bakı 19 aprel 2003-cü il.

Çəmşid Naxçıvanski adına hərbi Litseydə.

C.Naxçıvanski adına hərbi Litsey 1971-ci ildə yaradılmışdır. Litsey  müdavimlərindən bu günədək 10-u General , 1-i Admiral rütbəsinədək yüksəlmişdir.

Şəkil № 47

1996-cı il.

Hərbçilərlə görüşdə.

Dövlət Sərhəd xidmətlərinin zabit və əsgərləri ilə görüş.

Azərbaycan xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə Milli Hökümətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində Sərhəd Qoşunları fəaliyyətə başladı. Sovet İttifaqı dövründə Sərhəd Xidməti DTK-nın bir strukturu kimi fəaliyyət göstərib. Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti MTN-nin tərkibində olub. 2002-ci il iyul ayının 31-də Heydər Əliyevin imzaladığı sərəncamla Sərhəd Qoşunları müstəqil qurum-Sərhəd Xidməti kimi fəaliyyətə başladı. Dövlət Sərhəd Xidməti AR-nın 7 ölkə ilə 3 min kilometrdən artıq sərhədi qoruyur.

Şəkil № 48

Bakı 19 aprel 2003-cü il.

Çəmşid Naxçıvanski adına hərbi Liseydə.

Şəkil № 49

Füzuli, 9 aprel 1994-cü il.

Döyüş bölgəsi.

Iyulun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladığı gündən ulu öndər daima cəbhə bölgələrində erməni işğalçılarına qarşı vuruşan vətən oğulları ilə tez-tez görüşür, cəbhədə olan vəziyyətlə maraqlanırdı. 1991-93-cü illər ərzində cəmiyyətin və dövlətin bütün sahələrində olduğu kimi orduda vəziyyət Heydər Əliyevi narahat etməyə bilməzdi. Buna görə də görkəmli dövlət xadimi öz gərgin fəaliyyətində ordu quruculuğu işini ön plana çəkmişdi. Azərbaycan ordusunun təməli 1993-cü il noyabr ayının 2-də Heydər Əliyevin xalqa müraciəti ilə qoyuldu. 1994-cü il mayın 12-dən cəbhə xəttində atəşkəs əldə edildi. “Azərbaycanın güclü, qüdrətli ordusu olmalıdır”  ifadəsini inamla söyləyən böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanda güclü və qüdrətli ordu yaratmağa nail oldu. 

Şəkil № 50

Füzuli, 9 aprel 1994-cü il.

Döyüş bölgəsi.

20. BƏYANAT.

SSRİ Nazirlər Sovetinin Bəyanatı.

23 noyabr 1982-ci il № 1008 Moskva, Kreml

SSRİ Nazirlər Soveti qərara alır.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini təyin edilsin.

SSRİ Nazirlər Sovetinin sədri Tixonov.

23 noyabr 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Qərarı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilmişdir.

21. BƏYANAT.

SSRİ Ali Sovetinin Bəyanatı.

SSRİ Ali Soveti qərara alır.

Yoldaş Heydər Əirza oğlu Əliyev SSRİ Nazirlər Sovetinin I müavini təyin edilsin.

SSRİ Ali Sovetinin I müavini Kurniçov.

Moskva Kreml 24 noyabr 1982-ci il.

22. PROTOKOLDAN ÇIXARIŞ.

SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin müşavirəsinin protakolundan

Ç I X A R I Ş

15 dekabr 1982 65

SSRİ Nazirlər Sovetində nəqliyyat və rabitə məsələlərinə dair suallara baxıldı.

SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyevə tapşırılsın.

a)         Avtomobil və su nəqliyyatı, ittifaq respublikalarının yol təsərrüfatı məsələlərinə baxılsın.

b)         Baykal Amur Magistralının tikintisi üçün SSRİ Nazirlər Sovetində daimi komissiya yaradılsın.

SSRİ Nazirlər Sovetinin sədri Tixonov.

1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevə SSRİ Rəyasət heyətinin müşavirəsində Avtomobil və Su nəqliyyatı, İttifaq Respublikalarının yol təsərrüfatı məsələləri, BAM-ın tikintisi tapşırılmışdır.

23. PROTOKOLDAN ÇIXARIŞ.

SSRİ Nazirlər Sovetinin müşavirəsinin protokolundan

Ç I X A R I Ş

2 fevral 1983-cü il. № 6

SSRİ Nazirlər Sovetinin I müavininə tapşırılsın:

a) SSRİ Səhiyyə Nazirinin, Mədəniyyət Naziri, Təhsil Nazirinin və s Nazirliklərinin işinə baxılsın.

24. DƏVƏTNAMƏ.

Yoldaş Əlirza oğlu Əliyev BAM-ın dəmir yol tikintisininin açılışı münasibətilə təşkil olunan mitinqə dəvət olunur.

28 aprel 1984-cü il.

1974-cü ildə SSRİ-nin o vaxtki rəhbəri L.İ.Brejnevin sərəncamı ilə BAM-ın tikintisinə başlamalı idi. Lakin sərəncam verilsədə tikinti Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olarkən həyata keçirilməyə başlandı. 1984-cü ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə BAM nəhəng tikinti obyektinə çevrildi. BAM-ın tikintisi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

IV – STEND

Şəkil № 27

1999-cu il .

“Əsrin müqaviləsi”nin 5-ci ildönümü münasibətilə təşkil olunmuş sərgidə.

Azərbaycanda , Xəzər regionunda beynəlxalq neft layihələrinin həyata keçirilməsi 1994-cü ildə başlanmışdır.1994-cü ilin sentyabrında ARDNŞ-lə xarici neft şirkətləri (BP , Amoko ,Ekson , Lukoyl və s) arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri , Çıraq , Günəşli yataqlarının müştərək işlənməsi üzrə 10 milyard dollar dəyərində 14 ölkədən , 33 iri neft şirkətinin iştirakı ilə 21 neft müqaviləsi imzalanmışdır.Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihə “Əsrin müqaviləsi”adlandırılmışdır.

Şəkil № 28

Strasburq , 25 yanvar 2001-ci il

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana qayıdışı günündən Respublikada uğurlu və məqsədyönlü xarici siyasət aparılır.Uğurlu və məqsədyönlü xarici siyasətin nəticələrindən biri də Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara qəbul olunması idi. 2001-ci il yanvarın 25-də Azərbaycanın üçrəngli bayrağı Strasburqda , Avropa Şurasının binası önündə dalğalandı. Respublikanın Avropa Şurasının tam hüquqlu üzvü olması Heydər Əliyevin yeritdiyi düzgün və dəqiq siyasətin bəhrəsi idi.

Şəkil 29

Bakı 8 Sentyabr 1998-ci il .

İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Sammitin iştirakçıları.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək yolunun bərpa və inkşaf olunmasına dair beynəlxalq forum keçirilmişdir. Həmin forumda 32 dövlət və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər, onların səkkizi prezdentləri ilə təmsil olunmuşdur. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin forumda qeyd etdiyi kimi, ``Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkşafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahlığın gətirilməsində öz tarixi rolunu öyrənəcəkdir``.

Şəkil № 30

Paris 19-22 dekabr 1993-cü il

Heydər Əliyevin BMT-nin təhsil , elm və mədəniyyət məsələləri üzrə bölmədə çıxışı.

Azərbaycan Respublikasının BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra bərqərar olmuşdur.

Şəkil 31

Tehran , 11 dekabr 1997-ci il.

İKT Dövlət başçılarının VIII zirvə görüşündə.

İslam Komitəsi Təşkilatı Dövlət və hökumət başçılarının 9-11 dekabr 1997-ci il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində zirvə toplantısı keçirilmişdir.

İKT nizamnəməsinin prinsip və vəzifələrindən çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzündən , Azərbaycan torpaqlarının 20%-dən çoxunun işğal olunmasından həddindən artıq narahat olduğunu bildirərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmişdir.

Şəkil № 32

Strasburq , 25 yanvar 2001-ci il.

Azərbayucanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana qayıdışı günündən Respublikada uğurlu və məqsədyönlü xarici siyasət aparılır.Uğurlu və məqsədyönlü xarici siyasətin nəticələrindən biri də Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara qəbul olunması idi. 2001-ci il yanvarın 25-də Azərbaycanın üçrəngli bayrağı Strasburqda , Avropa Şurasının binası önündə dalğalandı. Respublikanın Avropa Şurasının tam hüquqlu üzvü olması Heydər Əliyevin yeritdiyi düzgün və dəqiq siyasətin bəhrəsi idi.

Şəkil № 33

Heydər Əliyev BMT-nin iclasında çıxış edərkən.

Şəkil № 34

Nyu-York, 25 aprel 1999-cu il.

NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə.

1994-cü il mayın 4-də Brüsseldə AR-nin prezidenti Heydər Əliyev NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzalayıb. Həmin dövrdən başlayaraq NATO Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 26 aprel 1999-cu ildə NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə çıxış edib. O Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinən öz tərəfindən hər cür kömək göstərəcəyini bəyan edib.

10. DİPLOM.

1957-ci ildə S.M.Kirov adına Azərbayan Dövlət Universitetinin tarix fakültəsinin tam kursunu bitirdiyinə görə Heydər Əlirza oğlu Əliyevə verilən diplom.

27 iyun 1957-ci il.

Heydər Əliyev 1957-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsini bitirmişdir.

11. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin

ƏMRİ

1960-cı il.

Azərbaycan SSRİ DTK-nın bir qrup əməkdaşı işindəki müvəffəqiyyətlərə görə döş nişanı ilə təltif edilsin.

15 aprel 1960-cı il Moskva.

1958-ci ildə Azərbaycan SSR Nazirlər soveti yanında DTK-nın ikinci şöbəsinin rəisi vəzifəsində çalışan Heydər Əliyev 1960-cı ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin əmri ilə işindəki müvəffəqiyyətlərə görə döş nişanı ilə təltif edilmişdir.

12. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın sədrinin

ƏMRİ

SSRİ Nazirlər Soveti və Azərbaycan Soveti yanında DTK-nın 2-ci baş idarəsinin əməkdaşına.

Verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyinə görə

                                                 əmr edirəm

Podpolkovnik Əliyev Heydər Əlirza oğlu qiymətli hədiyyə ilə təltif edilsin.

DTK-nın sədri Şelepin

9 sentyabr 1961-ci il.

1961-ci ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri Şelepin DTK-nın ikinci şöbəsinin rəisi Heydər Əliyevi verilən tapşırıqları  müvəffəqiyyətlə yerinə yetirdiyinə görə qiymətli hədiyyə ilə təltif etmişdir.

13. XİDMƏTİ  XARAKTERİSTİKA.

Xidməti xarakteristika Azərbaycan SSRİ Nazirlər Soveti yanında 2-ci şöbənin rəisi podpolkovnik Əliyev Heydər Əlirza oğluna verilib.

25 dekabr 1964-cü il.

14. FƏXRİ FƏRMAN.

SSRİ Nazirlər Soveti yanında DTK-nın Dzerjinski adına ali məktəbin

ŞƏHADƏTNAMƏSİ

Podpolkovnik Heydər Əlirza oğlu Əliyevə kursu müvəffəqiyyətlə bitirdiyinə görə verilib.

SSRİ Nazirlər Soveti yanında DTK-nın podpolkovniki Heydər Əlirza oğlu  Əliyev DTK orqanlarında yüksək xidmətinə görə və işindəki müvəffəqiyyətlərinə görə fəxri fərmanla təltif edilmişdir.

15 noyabr 1965-ci il.

Daha çox məqalə...

  1. STEND 3
  2. STEND 2
  3. STEND 1