ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI

22 Noyabr 2012-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı münasibətilə “Dövlətçiliyin və qanunçuluğun keşiyində” (Heydər Əliyev) mövzusunda sərgi və söhbət keçirilmişdir. Söhbətdə Astara Rayon İcra Hakimiyyətinin və Rayon Məhkəməsinin əməkdaşaları iştirak etmişlər.

Mərkəzin direktoru G.Məcidova gələn qonaqlara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi haqqında məlumat vermişdir, Heydər Əliyev Mərkəzinin bələdçisi G.Şəfiyeva “Dövlətçiliyin və qanunçuluğun keşiyində”(Heydər Əliyev) mövzusunda məruzə etmişdir.Tədbirin sonunda “Heydər Əliyev və Dövlətçiliyimiz” mövzusunda sənədli filmə baxılmışdır.