“ÖLKƏMİZİ TANIYAQ” TUR AKSİYASI

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyasına start verilmişdir.

Martın 18-də Zərdab, Ucar, Xocalı, Yevlax, Kəlbəcər, Ağdam, Xocavənd, Laçın məktəbliləri Astara rayonu ilə tanışlıq çərçivəsində rayon Heydər Əliyev Mərkəzində olmuşlar. Novruz Bayramı ərəfəsində gələn məktəbləri Mərkəzin əməkdaşları milli geyimdə qarşılamış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verilmişdir.