KOMPYUTER OYUNLARI ÇEMPİONATI

06.03.2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində 12-18 yaşlı məktəblilər arasında kompyuter oyunları üzrə rayon çempionatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev açmışdır. Sonra rəis müavini İ.Cəfərov, Astara İntellektual İnkişaf Klubunun sədri Ə.Hüseynov kompyuter oyunlarının əsasnaməsi və yarışın qaydaları barədə gənclərə geniş məlumat vermişlər. Püşkatma mərasimindən sonra komanda və şəxsi birinciliklər üzrə mübarizəyə start verilmişdir. Yarışda 75 nəfər istedadlı gənc iştirak etmişdir. “Counter- Striker” də 10 komanda mübarizə aparmışdır. Şəxsi birinciliklərdə I, II və III yerlərə “Uğur” komandası Suparibağ kənd tam orta məktəbi 1-ci yer, “Rambo” komandası Artupa kənd tam orta məktəbi 2-ci yer, “Young Bays” şəhər 3 saylı orta məktəbi 3-cü yer, “Fifa” oyununda Tarifzadə Namiq (Artupa kənd tam orta məktəbin şagirdi) 1-ci yer, Ağayev Süleyman (Pensər 1 saylı orta məktəbin şagirdi) 2-ci yer, Vahid Qurbanov(şəhər 2 saylı məktəbin şagirdi) 3-cü yerə layiq görülmüşlər. Qalib komandalara və oyunçulara rayon Gənclər və İdman İdarəsininnin fəxri fərmanları və medalları təqdim olunmuşdur.