ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR.

25 Fevral 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 26 Fevral Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar sərgi və tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Kübra Səmədova çıxışında təcavüzkar dövlət olan Ermənistanın xaricdəki himayədarlarının köməkliyi ilə Dağlıq Qarabağın işğalı, burada yaşayan azərbaycanlıları soyqırım və təcavüzə məruz qoyaraq didərgin salması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermil məsi bsarədə məlumat vermişdir. Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova, rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Vüsal Babayev, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, YAP Astara rayon təşkilatının məsul əməkdaşı Rübabə Bağırova, Astara Pedaqoji Kollecinin müəlliməsi Aynur Muradova və Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.