UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR

29.05.2014-cü il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar rayonun körpələr evi uşaq bağçasının kollektivləri Heydər Əliyev Mərkəzində olmuşlar.

Onlar Ulu Öndərin büstü qarşısına tər gül-çiçək dəstələri qoymuş, doğma vətənimizə, Ulu Öndərə həsr olunmuş şerlər söyləmiş, mahnılar oxumuşlar Mərkəzin əməkdaşları “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tematik söhbət aparmışlar. Mərkəzin direktor əvəzi Elza Kazımova uşaqları təbrik etmiş və uşaqlara bayraq və hədiyyələr verilmişdir.