- Ətraflı
- Nəşr edilib 09.11.2013 23:14
ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ RAYON TƏDBİRİ
09 may 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Heydər Əliyevin Mərkəzdəki büstü qarsına gül-çiçək dəstəsi qoymuşdur. Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açıq elan etdi, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Astara Suparibağ kənd tam orta məktəbinin müəlliməsi Kamalə Nəsirova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında cıxış üçün söz Astara Mərkəzi Xəstəxanasının həkimi Aliyə Cavadovaya, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazova, Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımovaya Astara Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Anar Baxşiyevə, Astara Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fikrət Qafarova verilmişdir. Sonra Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Yeni Azərbaycan Partiyasına üzv olmuş gənclərə vəsiqələrini təqdim etmiş və onları təbrik etmişdir.
