Astara Heydər Əliyev Mərkəzi haqqında məlumat

 Astara rayon Azərbaycan küçəsində yerləşən orjinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ildə başlanmış, həmin ilin aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara səfəri zamanı açılışı olmuşdur. Prezident Mərkəzin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazmışdır.

Mərkəz 2008-ci ilin iyulundan 2012-ci ilin fevralına qədər H.Əliyev muzeyi kimi fəaliyyət göstərmişdir. Muzeylərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Heydər Əliyev muzeyi 2012-ci ilin fevralından Mərkəz adlandırılır. Mərkəzin sahəsi 792 kv m -dir.

Ikimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolar, monitor vardır. Mərkəzdə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərini  əks etdirən 76 fotoşəkil, 35 sənəd   toplanmışdır. Qiymətli eksponatlar arasında ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri əmək adamları ilə görüşlərini eks etdirən fotolar nümayiş olunur. Mərkəzdə Ulu Öndərin  Astaraya səfərləri zamanı görüşlərinə aid fotolar ayrıca guşədə yer alaraq mərkəzin ekspozisiyasını bəzəyir.

Ulu öndər Heydər Əliyev Astaraya rəsmən 11 dəfə səfər etmişdir. Astara rayonunun  inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı, bütün respublikada olduğu kimi Astaranın inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonu ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görürlər. Məhz Heydər Əliyev mərkəzndəki fotoşəkillər ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.

Heydər Əliyev mərkəzinin ikinci mərtəbəsində şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxanın fondunda 3500 kitab toplanmışdır. Burada 25 kompüter vasitəsi ilə oxucular Milli Kitabxananın elektron resursunda olan 11 min 416 elektron kiatbdan istifadə edə bilirlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstərcisi üzrə axtarış aparmaq mümkündür. Burada həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada “ Avropa kitabxanaları” elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcüddur.

Dekorativ tətbiqi sənət studiyasında təşkil olumuş kurslarda miniatür xalçalar toxunur və rayonda keçirilən sərgilərdə nümayiş olunur. Bu studiyada gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçirlər. Mərkəzdə fəaliyyət göstərən bu studiya Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edir.

Şahmat studiyasında  uşaqlar həm şahmat, həm də dama ilə məşğul olurlar. Burada məşğələlərlə yanaşı  ulu öndərin ad günü, Qurtuluş günü və sair bayramlar münasibətilə yarışlar, turnirlər keçirilir.

Gənclərin rəssamlıq ilə məşğul olmaları üçün mərkəzdə təsviri sənət studiyası da fəaliyyət göstərir. Gün ərzində 15-20 gənc təsviri sənətlə məşğul olur. Onların əl işləri, rəsm əsərləri mərkəzdə və rayonda keçirilən sərgi və tədbirlərdə nümayiş olunur. Heydər Əliyev Mərkəzi muzey kimi rəsmi fəaliyyətə başladığı gündən bu günə kimi mütəmadi olaraq rayon və kənd məktəblərinin, Pedaqoji Kollecin, Uşaq bağçalarının, İdarə və müəssisə təşkilatlarının cədvəl üzrə muzeyə ekspozisiyasını təşkil edir. Bundan başqa hər gün onlarla fərdi gəliş qeydə alınır ki, bu da rayon sakinlərinin və gələn qonaqların ulu öndərə olan sonsuz məhəbbətini təzahürüdür.

            2008-2012-ci il dövr ərzində mərkəzə Türkiyənin Azərbaycandakı səfiri H.Kılıc, Millət vəkili publisist Elmira Axundova, OMBODSMAN  E.Süleymanova, RespublikaYAP Qadınlar Şurasının sədri Nurlana xanım, Milli məclisin deputatları Hadı Rəcəbli, Aslan Cəfərov, xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova və başqaları qonaq olmuş, mərkəzin “ Fəxri qonaqlar” kitabına öz ürək sözlərini yazmışlar.     

            Astara Heydər Əliyev Mərkəzində 8 nəfər işçi çalışır:

Səmədova Kübra İbrahim qızı - direktor
Ali təhsilli - N.A.Voznezeski adına Leninqrad Maliyyə - İqtisad İnistutunun Bakı filialının sənaye mallarinin əmtəəşünaslığı və ticarətin təşkili fakultəsini bitirmişdir.

Kazımova Elza İsaməddin qızı - baş fond mühafizi
Ali təhsilli - Lənkəran Dövlət Universitetinin Tarix-ictimaiyyət fakultəsini bitirmişdir.

Məmmədova Aygün Məmmədağa qızı - baş elmi işçi
Ali təhsilli - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Bədən tərbiyəsi və İdman fakultəsinin bitirmişdir.

Məmmədova Cəmalə Hafiz qızı - Mərkəzin bələdçisi
Orta ixtisas təhsilli - Astara Pedaqoji Kolleci. İptidai sinif müəllimi fakultəsini bitirmişdir.

Əhmədova Gülnar Fərhad qızı - Mərkəzin baxıcısı
Orta ixtisas - təhsilli. Astara Pedaqoji Kolleci. İptidai sinif müəllimi fakultəsini bitirmişdir.

Əliyeva Aygül Nəci qızı - texniki işçi
Orta təhsili.

Ağasiyev Faiq Fərman oğlu - texniki işçi
Orta təhsili.

Quliyeva Esmira Asəf qızı - texniki işçi.
Orta ixtisas təhsilli - Astara Pedaqoji Texnikumu. İptidai sinif müəllimi fakultəsini bitirmişdir.

Heydər Əliyevin Astaraya səfərlərinə dair materialların toplayıb bir araya gətrimək üçün 2008-ci ildən Mərkəzdə Astaranın ziyalılarından ibarət 45 nəfər üzvü olan         “ Tədqiqat” qrupu yaradılmışdır. Tədqiqat qrupunun və mərkəz əməkdaşlarının səyi nəticəsində  ulu öndərlə işləmiş, onun tərəfindən mükafatlandırılmış insanlardan 41 ədəd fotoşəkil, 69 sənəd  aktlaşdırılaraq muzeyin fonduna daxil edilmişdir. Tədqiqat qrupu həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonu ilə bağlı materialların toplanması işini də davam etdirir.  Tədqiqat qrupunun hər rüb Mərkəzdə iclası keçirilir, görülən işlər barədə məlumat verilir.

            Heydər Əliyev Mərkəzinin əməkdaşları Astaranın ictimai, iqtisadi, mədəni həyatına dair materialların toplanması işini də davam etdirirlər.

Heydər Əliyev Mərkəzinin əməkdaşları daim yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ulu öndərin irsinin geniş təbliğinə daima çalışır və müxtəlif mövzularda, rəngarəng tədbirlər keçirirlər.

            Bu məqsədlə Heydər Əliyev Mərkəzində və məktəblərdə, Kollec və müəssisələrdə mütəmadı olaraq “ 20 yanvar”, “Xocalı faciəsi”, “31 mart Azərbaycanlıların soyqırımı”, Ulu Öndərin ad günü, “Qurtuluş günü”, “Respublika günü” ilə əlaqədar  mühazirələr oxunur, tarix dərsləri keçirilir sərgilər təşkil olunur. Peşə bayramları ilə əlaqədar mərkəzdə idarə və müəssisələr qarşısında söhbətlər aparılır.

            Mütəmadi olaraq Mərkəzə ulu öndərlə işləmiş, onun tərəfindən qiymətləndirilmiş insanlar dəvət olunur, onların gənc nəslin nümayəndələri ilə görüşləri təşkil olunur. Mərkəzdə tarixi və əlamətdar günlərə həsr olunmuş elmi-praktik konfranslar, yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdıran mövzularda disputlar təşkil olunur, “ Qadın isməti, qız ləyaqəti” mövzüsunda  rayonun ziyalı qadınları ilə gənclərin görüşləri təşkil olunur.

            Mərkəz gənc nəslin dünya görüşünün, bilik və bacarıqlarının artırılmasında, onların Heydər Əliyev ruhunda tərbiyəsində mühüm rol oynayır.