20 YANVAR FACİƏSİNİN 25-Cİ İLDÖNÜMÜ

15 Yanvar 2015-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Vətən torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!” (Heydər Əliyev) mövzusunda tədbir keçeirilmişdir.

Tədbiri giriş sözü ilə RİH-nin başçısının müavini və YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açdı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və “20 Yanvar faciəsi” adlı film nümayiş olundu. Sonra Mərkəzin direktoru Kübra Səmədova “Tariximizin qan yaddaşı” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədən sonra məruzə ətrafinda çıxışlara başlamışdır. Çıxışdan ötrü söz rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova, Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov çıxış etmişlər. Şahin Əliyev adına Rüdəkənar kənd orta məktəbinin şagirdləri Abbasova Zeynəb və Ağazadə Nihad şəhidlər haqqında şerlər söyləmişlər. Tədbiri yekun sözü ilə RİH-nin başçısının müavini və YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bağlı elan etdi.