HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ANIM GÜNÜ İLƏ BAĞLI ÜMUMRAYON TƏDBİRİ

11dekabr tarixdə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon elmi praktik konfrans keçirilmişdir.Tədbiri giriş sözü ilə RİH-nin başçısı Q.Ağayev açmışdır.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra RİH-nin başçısının müavini Y.Rəsulova məruzə ilə çıxış etmişdir. Məruzədən sonra Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev, rayon təhsil şöbəsinin müdiri Q.Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Artupa kənd Kitabxana milialının müdiri Sakitə Əliyeva rayon Ağsaqqallar şurasının sədri H.Əliyev, rayon Mərkəzi Kitabxana Sisteminin direktoru T.Eyvazov , rayon poçtamtının rəisi A.Əliyev çıxış etmişlər. Tədbiri yekun sözü ilə RİH-nin başçısı Q.Ağayev etmişdir.