AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 92 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

04 may 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə “Ürəklərə köçən insan” mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbir iştirakçıları Mərkəzindən foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov açdı, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və “Əbədiyaşar lider” adlı film nümayiş olunmuşdur. Mərkəzin direktoru Kübra Səmədova “Ürəklərə köçən insan” mövzusunda məruzə ilə çıxış etmiş, sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova, rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Vüsal Babayev, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, rayon Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev, rayon Mədəniyyət evinin direktoru Hacıbala Ramazanov çıxış edərək Ulu Öndərin həyat yolundan, onun Azərbaycan xalqına bəxş etdiyi xoşbəxt həyatdan geniş danışmışlar. Tədbirdə Astara Pedaqoji kollecin müəllim və tələbələri, ictimayyətin nümayəndələri iştirak etmişlər.