V – STEND

Şəkil № 35

Bakı, 26 aprel 1980-ci il.

Neft buruğunda.

Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır.O cümlədən dünyada ilk dəfə dəniz yataqlarında neft Azərbaycanda Xəzər dənizində hasil edilmişdir.Heydər Əliyevin yeni neft strategiyasının əsasında 1994-cü ildə başlanmış layihələr Azərbaycanın neft şöhrətini yenidən qaytardı.

Şəkil № 36

Bakı, 2000-ci il.

Milli Olimpiya Komitəsinin tikinti-quruculuq planları ilə tanış olarkən.

MOK 2000-ci il oktyabrın 21-də Bakıda açılmışdır. Kompleksin tikintisinə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və MOK-un prezidenti İlham Əliyev nəzarət etmişlər. MOK bir il ərzində dövlət büdcəsindən vəsait xərclənmədən tikilmişdir.

Şəkil № 37

Bakı 1998-ci il.

Bakıda Almaniyanın ``Lufthansıa`` şirkətinin nümayəndəliyinin açılışında.

1998-ci ildə Bakıda Almaniyanın “Lufthansiya” şirkətinin nümayəndəliyinin açılışı olmuşdur. Bu şirkət dünyada ən böyük hava yolları aviasiya şirkətidir.

Şəkil № 38

2001-ci il.

``Kaspian Fiş`` müəssisəsinin açılış mərasimində.

10 fevral 2001-ci il tarixində “Kaspian Fiş” müəssisəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev nitq söyləmişdir.

“Kaspian Fiş Ko Azərbaycan” şirkəti öz sərmayəsi hesabına yaratdığı , ölkəmizdə balıq məhsulları istehsal edən ilk şirkətdir.

Şəkil № 39

Poti 17 aprel 1999-cu il.

Bakı-Supsa ixrac boru kəməri və terminalın açılışında.

Xalqımız 1999-cu il müstəqil Azərbaycanın həyatında  daha bir mühüm hadisənin şahidi oldu. Həmin il aprelin 17-də Azərbaycan neftinin dünya bazarına nəql edəcək yeni Bakı-Supsa neft kəməri istifadəyə verildi. Lakin Bakı-Supsa kəmərinin texniki imkanları böyük neftin dünya bazarına daşınması üçün yetərli deyildi. Bunu aydın görən Heydər Əliyev BTC əsas ixrac boru kəmərinin tikintisini reallaşdırmaq uğrunda gərgin iş aparmağa başladı.

Şəkil № 40

Bakı şəhəri, 12 noyabr 1997-ci il.

İlk neftin hasil olması münasibətilə “ Çıraq L” platformasında.

            1997-ci ilin 12 noyabrında xəzərin Azərbaycan bölməsindəki “ Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində neft hasilatına başlandı. Ilkin nefti “ Çıraq” verdi. Bu münasibətlə həmin gün platformada təntənəli mərasim keçirildi. Mərasimdə Heydər Əliyev layihənin əməliyyatçısı olan BP şirkətinin nümayəndələri və s. qonaqlar iştirak edirdilər. “ Çıraq” platforması xəzərdə, Bakı şəhərində 120 km Şərqdə yerləşir.  

Şəkil № 41

Bakı 6 iyun 2000-ci il.

``Xəzərneftqaz`` Beynəlxalq sərgisində.

Ilk dəfə neft-qaz hasilatına dair I-Beynəlxalq sərgi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 24 may 1994-cü ildə keçirilmişdir. Xəzərneftqaz sərgisinin məqsədi Xəzər dənizinin böyük neft və qaz sərvətlərinin  dünya iqtisadiyyatına, dünya ictimaiyyətinə çatdırılmasıdır.

Şəkil № 42

Şəmkir, 23 may 2000-ci il.

Yenikənd su elektrik stansiyasında.

            Müstəqil enerji sisterminin əsası 70-ci ilərdə qoyulub. O vaxt Azərbaycan DRES, Şəmkir DES, Gəncə istilik-elektrik mərkəzi, Tərtər DES kimi elektrostansiyalar istifadəyə verilmişdir.

            Heydər Əliyev böyük çətinliklə SSRİ-nin yüksək dairələrində Cənubi Qafqazda ən iri qurğu olan istilik elektrik stansiyası-Azərbaycan DRES barədə qərarı təsdiq etdirdi və 1974-cü ildə stansiyanın tikintisinin həqiqətən ümumxalq tikintisinə çevrilməsinə nail oldu.

            Azərbaycan  müstəqillik əldə etdikdən sonra respublikanın enerji sistemi 5000 mVt-dan artıq istehsal gücünə və ümumi uzunluğu 100 min kilometrdən artıq olan elektrik ötürücü xətlərə malik olmaqla Cənubi Qafqazda ən iri və ən möhkəm, sabit, davamlı enerji sistemi idi.

            Bu gün Azərbaycan adambaşına  düşən elektrik enerjisinin həcminə görə MDB-nin bir çox ölkələrini  qabaqlayaraq dünya dövlətləri arasında aparıcı yerlərdən birini tutur. 

15. ŞƏHADƏTNAMƏ.

SSRİ Nazirlər Soveti yaında DTK-nın Djerzinski adına ali məktəbin

ŞƏHADƏTNAMƏSİ

Polkovnik Heydər Əlirza oğlu Əliyevə kursu müvəffəqiyyətlə bitirdiyinə görə verilib.

21 may 1966.

16. “ KOMMUNİST” qəzeti.

15 iyul 1969-cu il.

Heydər Əlirza oğlu Əliyev Azərbaycan  KP MK-nın 1-ci katibi və büro üzvü seçilməsi haqqında məlumat.

17. ƏMR.

SSRİ Nazirlər Soveti yanında DTK-nın

Ə M R İ

Çoxillik və yüksək xidmətlərinə görə Heydər Əliyev yoldaş təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilsin.

Andropov. 27 noyabr 1969.

Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev 1969-cu ildə SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri Andropov tərəfindən yüksək  xidmətlərinə görə təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

18. QƏRAR.

SSRİ Ali Sovetinin

QƏRARI

Azərbaycan KP MK-nin  I katibi Heydər Əliyev yoldaşa Sosialist Əməyi Qəhrəmanı adı verilsin.

SSRİ Ali Sovetinin sədri Brejnev.

24 avqust 1979.

1969-cu ildə Azərbaycan KP MK –nın birinci katibi vəzifəsinə təyin olunan Heydər Əliyevə 1979-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

19. BƏYANAT.

Azərbaycan KP MK –nin bürosunun Bakı Ali məktəblərində İranlı Azərbaycanlıların qəbulu təhsil alması haqqında

B Ə Y A N A T I

2 iyun 1981-ci il.