ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “ÖLKƏMİZİ TANIYAQ” TUR AKSİYASI.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyasına start verilmişdir.

Noyabrın 17-si və 18-də Ağstafa, Qazax, Şəmkir, Samux, Tovuz və Gəncə məktəbliləri və qrup rəhbərləri Astara Heydər Əliyev Mərkəzində olmuşlar. Məktəblilərə Azərbaycan xalqının Ümummili Liderin Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verilmişdir.