"BİLİK GÜNÜ"

15 sentyabr 2013-cü il tarixində rayonun umumtəhsil məktəblərinin şagirdləri “Bilik günü” ilə əlaqədar Astara Heydər Əliyev Mərkəzində olmuşlar. Şagirdlər mərkəzin foyesindəki Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar.

Ulu Öndərin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir. Daha sonra şagirdlər üçün “Təhsil cəmiyyətin intellektual cəhətini əks etdirən bir sahədir” (Heydər Əliyev) mövzusunda tematik söhbət aparılmışdır. Şagirdlər bir daha Ulu Öndərin keçdiyi həyat yoluna ekskursiya etmiş, şeirlər söyləmişlər. Sonda “Heydər Əliyev və Azərbaycan təhsili” adlı sənədli filmə baxılmışdır.