AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASININ 99-CU İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ÜMUMRAYON TƏDBİRİ

26 may 2017-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısinin müavini, içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmiş və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Tədbirdə Astara rayon İcra Hakimiyyəti başçısinin müavini, içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, içtimai-siyasi və mədəni inkşafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, Intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin-Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimiz əsaslarının yaradılması və gələcək inkşaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkşafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqillliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altinda Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Xalq Cumhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Eyni zamanda Astara rayon İcra Hakimiyyəti başçısinin müavini, içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova qeyd etdi ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkşaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara rayon Təhsil şöbəsinin metodisti Arzu İbrahimova, Astara Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov cıxış etmişlər.