MİLLİ QURTULUŞ GÜNÜ

14 İyun 2012-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş "Müstəqil Azərbaycan günü-gündən möhkəmlənəcək, inkşaf edəcək və müstəqiliyini heç vaxt əldən verməyəcəkdir!"mövzusunda sərgi və konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri N. İbadov açdı. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi. N.İbadov "Xilaskarlıq missiyası" mövzusunda cıxış etdi. Sonra Heydər Əliyev Mərkəzinin direktoru G.Məcidova "Əbədiyaşar lider" mövzusunda məruzə ilə çıxış etdi. Sonra isə mərkəzin baş fond mühafizi E.Kazımova, baş elmi işçi E.Quliyeva,  Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Bayramov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri N.Fərəməzov və digərləri çıxış etdilər. Ulu öndərlə işləmiş onun tərəfindən mükafatılandırılmış və  görüşmüş Dilşad Hüseynova, Əminə Həsənova öz xatirələrindən danışmışlar.Məktəblilərin ifasında şerlər söylənildi. Tədbirin sonunda "Heydər Əliyev və müstəqil Azərbaycan Respublikası" mövzusunda filim nümayiş olundu.