ASTARADA AZƏRBAYCAN RESPUBLİKASININ 25-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR.

19 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun icraçı direktoru Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Oktay Səmədov Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin 25-ci ildönümü ilə əlaqədar Astara Heydər Əliyev Mərkəzində rayonun ziyalıları ilə görüş keçirmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun icraçı direktoru Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Oktay Səmədov mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqiliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlər quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir.

Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

1991-ci ildə ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabaq problemi ilə üz-üzə qalmışdı.

Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyllərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İçtimai-siyasi sabitliyin bərqərar olması hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdığını vurğulamışdır.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış etmiş, 18 oktyabr Dövlət Mestəqiliyi günü münasibətilə tədbir iştirakçılarına ən xoş arzularını çatdırmışdır.