“BREYN-RİNQ” RAYON ÇEMPİONATI

Astara Heydər Əliyev Mərkəzində Astara Gənclər və İdman İdarəsi ilə birgə məktəblilər arasında “Breyn-rinq” rayon çempionatı keçirilmişdir.

Şəhər 1 saylı “Azəri light”, şəhər 2 saylı “Ziya”, şəhər 3 saylı “Lider”, şəhər 4 saylı “Xəzər”, şəhər 5 saylı “Gələcəyin ümüdləri”, Səncərədi məktəbi “Şindan”, Artuba məktəbi “Mübariz”, Şahağacı məktəbi “Zəka”, Kakalos 1 saylı məktəbi “Buta”, Kakalos 2 saylı məktəbi “Sevinc” komandaları arasında yarış keçirilmişdir. Yarışda 50 nəfər şagird iştirak edirdi. 1-ci yeri Artupa məktəbi “Mubariz”, 2-ci yeri Səncərədi məktəbi “Şindan”, 3-cü yeri şəhər 3 saylı məktəbi “Lider” komandaları qalib gəlmişlər. Qaliblərə tərifnamələr və hədiyyələr təqdim olunmuşdur.