KOMPÜTER OYUNLARI ÜZRƏ ASTARA RAYON ÇEMPİONATI

11 May 2013-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənclər arasında Komputer oyunları üzrə Astara rayon çempionatı keçirilmişdir.

Yarış Astara Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi və “Astara” İntellektual İnkşaf Klubu tərəfindən keçirilmişdir. Çempionatda yaşı 14-dən 29-dək olan gənclər, məktəb şagirdləri, tələbələr və müəllimlər iştirak etmişlər. Yarışın məqsədi yeniyetmə və gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkşaf etdirilməsi, onların informasiya və kompyuter texnologiyaları sahəsində maraqlarının artırılması müasir kompyuter və internet proqramlarının öyrədilməsinə şərait yaratmaqdan ibarət olmuşdur. Yarışda I, II və III yeri tutan qalib komandalar Astara Heydər Əliyev Mərkəzinin, Astara rayonu Gənclər və İdman İdarəsinin “Fəxri fərman”ları ilə mükafatlandırılmışlar.