AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ HİCRAN HÜSEYNOVA ASTARADA QƏBUL KEÇİRMİŞDİR.

16 sentyabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Astara Heydər Əliyev Mərkəzində vətəndaşlarla qəbul keçirmişdir.

Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, təhsil, qadınlar üçün əlavə iş yerlərinin açılması və sair məsələlərə toxunulmuşdur.

Qəbuldan sonra Hicran xanım Hüseynova rayonunun bir qrup ziyalı qadınları ilə görüşüb, onları düşündürən məsələlər barədə söhbət aparmış, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyindən danışmışdır.

Görüşdə Astara rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Artupa kənd kitabxanasının direktoru Sakitə Əliyeva, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova və şəhər 5 saylı orta məktəbinin direktoru Arzu Əhmədova çıxış etmişdir.