DÖVLƏT BAYRAĞI GÜNÜ

07.XI.13-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət bayrağı günü münasibətilə “Bizim bayrağımız qürur mənbəyimizdir, bizim bayrağımız canımız, ürəyimizdir” (Heydər Əliyev) mövzusunda tematik gecə keçirilmişdir. Tədbirdə idarə müəssisə əməkdaşları və şəhər orta məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova açmışdır. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir. Mərkəzin baş fond mühafizi Elza Kazımova “Bizim bayrağımız qürur mənbəyimizdir, bizim bayrağımız canımız, ürəyimizdir” mövzusunda məruzə oxumuşdur.Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova,həmin muzeyin şöbə müdiri Vüsalə Xocaxanova. YAP rayon təşkilatının təlimatcısı Rübabə Bağırova və digərləri çıxış etmişlər. Tədbirin sonunda şəhər 5 saylı orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərə, üçrəngli bayrağımıza həsr olunmuş şeirlər dinlənilmişdir.