ƏMƏKDAR RƏSSAM FƏRMAN QULAMOVUN 70 İLLİYİ İLƏ ƏLAQƏDAR TƏDBİR

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Fərman Qulamovun 70 illiyi ilə əlaqədar Astara Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Bayramov açmış, Astara RİH başçısı cənab Qəzənfər Ağayevin təbrikini oxumaqdan ötrü söz RİH-nin məsul işçisi M.Hacızadəyə verilmişdir. Tədbirdə Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Fərman Qulamovun muəllimi olmuş, Əməkdar müəllim Heybət Hüseynov, məzunu olmuş şəhər 1 saylı tam orta məktəbin direktoru Həliməxatun Qurbanova, yubilyarla bir yerdə hərbi xidmətdə olmuş Əməkdar Mədəniyyət işçisi Cəbrayıl Əliyev, astaralı rəssam Firudin Quliyev, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, eyni zamanda yubilyarın ailə üzvləri adından Əzizağa Əliyev çıxış edərək yubilyara , yaşının ahıl çağında yeni yaradıcılıq uğurları arzulamışlar. Tədbirdə Xalq rəssamı Ömər Eldarovun tədbirə ünvanladığı teleqram eləcə də məşhur rəssamların Fərman Qulamov haqqında fikirləri səsləndirilmişdir. Sonda yubilyar onu uşaqlıq və gənclik illərinə qaytararaq xatirələrini yenilədiklərinə görə müəllimi Heybət Hüseynova, uşaqlıq və gənclik dostlarına təşəkkür etmişdir. Belə bir tədbirin Astarada təşkilinə görə Astara RİH başçısı cənab Qəzənfər Ağayevə minnətdarlığını bidirmişdir.