31 MART SOYQIRIMINA HƏSR OLUNMUŞ TARİX DƏRSLƏRİ

29 Mart 2016-cı il tarixindən 30 mart 2016-cı il tarixinədək Astara rayonunun ümumtəhsil məktəblərində 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş “Tarix heç nəyi silmir” mövzusunda tarix dərsləri keçirilmişdir.

Tarix dərslərində şəhər 1 saylı və 3 saylı tam orta məktəbinin şagirdləri iştirak etmişlər. Tarix dərslərində vətən uğrunda şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş və şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxumuşlar.