HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİGAH MƏRASİMİ

22 oktyabr 2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində Mirzəyev Vasif Sakit oğlu və Xalıqova İlahə Elşən qızının nigah mərasimi keçirilmişdir.

Yeni ailə quranların təntənəli şəkildə nigah mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır. Nigah mərasimlərinin bu şəkildə təntənə ilə qeyd olunması yeni ailə quranların valideynlərinin və bütövlükdə gənclərin sevincinə və ruh yüksəkliyinə səbəb olur. Belə tədbirlər həm də gənc ailə quranların məsuliyyətini daha da artırır. Ailə quran gənclər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Gənclər, həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Astara rayon Qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi İbrahim Həbibov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və başqaları yeni ailə həyatı quran gənclərə ən xöş arzularını çatdırmışlar. Gənclər nigah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xöşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.