"ULU ÖNDƏRİN ANIM GÜNÜ"

10.12.13-cü il tarixində 12 Dekabr Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” (Heydər Əliyev) mövzusunda sərgi və dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə RİH-nin Humanitar Məsələlər üzrə müavini İlqar Malıyev açmışdır. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru G.Məcidova “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” (Heydər Əliyev) mövzusunda məruzə oxumuşdur. Sonra məruzə ətrafında çıxışlar başlanmışdır. YAP Astara rayon təşkilatının sədr müavini F. Həsənov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Bayramov, baş fond mühafizi E.Kazımova, rayon Ağsaqqal şurasının sədri H.Əliyev, rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Ə.Şəfiyev və digərləri çıxış etmişlər. Məktəblilərin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər söylənmiş, həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur. Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə əlaqədar Mərkəzdə keçirilən tarix dərslərində fəal iştirak edən şəhər 3 və 5 saylı orta məktəblərin tarix müəllimləri İlhamə Məmmədova və Rəvanə Hüseynova fəxri fərmanla təltif olunmuşlar.