ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ BEYNƏLXALQ AİLƏ GÜNÜ İLƏ BAĞLI TƏDBİR

15 May 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq ailə günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açdı. Astara rayonu Qeydiyyat şöbəsinin rəisi Vüqar Qasımov məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxış üçün söz Astara RİH-nin məsul işçisi Emin Fətəliyevə, RİH-nin baş məsləhətçisi Səlimə Nəsirovaya və Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovaya verilmişdir.Tədbirdə 55 il ailə həyatı qurmuş “Əməkdar müəllim” Heybət Hüseynov və yoldaşı Almaz Hüseynovada iştirak etmişdir. Heybət Hüseynov gənclərə ailənin möhkəm olmasının sirlərini aşıladı. Onlara təqdim olunmuş gül-çiçək dəstələrini Ulu Öndərin büstü qarşına qoydular.