1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

01.06.13 tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar rayonun körpələr evi uşaq bağcasının kollektivləri Heydər Əliyev Mərkəzində olmuşlar.  

Onlar Ulu Öndərin bustü qarşısına tər gül-çiçək dəstələri qoymuş, doğma vətənimizə, Ulu Öndərə həsr olunmuş şerlər söyləmiş, mahnılar oxumuşlar. Mərkəzin əməkdaşları “Uşaqlar bizim sevincimiz, həyatımızın mənası, gələcəyidir” (Heydər Əliyev) mövzusunda tematik söhbət aparmışlar. Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı film nümayiş olunmuşdur.