UŞAQ KİTAB KARVANI ASTARADA

22 sentyabr 2012-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq kitabxanası “Uşaq Kitab karvanı bölgələrdə” adı altında Astara rayon mərkəzi Mədəniyyət evinin qarşısındakı meydanda tədbir keçirdi. Tədbirdə Astara Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsm əsərlərindən ibarət sərgisi  nümayiş olunmuşdur. 

 Dərnək üzvləri tədbir boyu müxtəlif mövzularda əsərlər işləmişlər.

Tədbirdə F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Fizurə xanım Quliyeva, şairlər İ.Tapdıq, N.Məmmədli, Q.İsabəylı, Ə.Quluzadə, yerli şairlərdən S.Əliyeva, İ.Ilhami, F.Həsaənov çıxış etdilər.

Yekunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəxri fərmanı və rayon Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı rayon Komitəsinin qiymətli hədiyyələri kitabxananın ən fəal oxucularına hədiyyə edildi.