BİLİK FONDUNUN DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə tədbir keçirilmişdir.

04 aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində Astara rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq nəşr edilmiş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Kitabi-Dədə-Qorqud” dastanlarının “Basatın Təpəgözü öldürdüyü boy”nun 25 dilə, o cümlədən talış dilinə tərcümə edilərək çap olunmuş nəşrinin təqdimat mərasimi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etdi. Mövzu ətrafında Bilik fondunun aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, Azərtacın bölgə müxbiri Bağır Əliyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış etmişlər. Tədbirdə Astara şəhərində bilik evinin yaradılması təşəbbüsü müzakirə olunmuşdur.

Tədbirin sonunda Astara rayon İcra Hakimiyyətinə və Astara Heydər Əliyev Mərkəzinə kitablar təqdim olunmuşdur.