- Ətraflı
- Nəşr edilib 02.07.2014 23:14
POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
02.07.2014-cü il tarixdə 2 iyul Polis işçilərinin peşə bayramı ilə əlaqədar Astara rayon Polis şöbəsinin əməkdaşları Heydər Əliyev Mərkəzində olmuşlar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü qarşısına gül-çiçək dəstələri qoymuşlar. Ekspozisiya ilə tanışlıqdan sonra “Azərbaycan DİN və onun strukturları vətəndaş qarşıdurmasının kütləvi və mütəşəkkil cinayətkarlığın təzahürlərinin aradan qaldırılmasında böyük xidmətlər göstərmişdir” mövzusunda tematik söhbət keçirilmiş, və “Heydər Əliyev Vətənin keşiyində” adlı filim nümayiş olunmuşdur.
