ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 12 DEKABR ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR

07 dekabr 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” mövzusunda tədbir və Dövlət Rəsm Qalereyası ilə birgə hazılanmış sərgi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.X.Bayramov açdı. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzin baş fond mühafizi Elza Kazımova “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında çıxış edən Mərkəzin direktoru Kübra Səmədova, Artupa kənd kitabxanasının müdiri Sakitə Əliyeva, Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Vüsal Babayev Ulu Öndərin siyasi fəaliyyəti, onun ideyalarının çiçəklənməsindən danışmışlar. Tədbirin sonunda 1 saylı orta məktəbin şagirdləri Ulu Öndərə həsr edilmiş şerlər söyləmişlər.