SƏRHƏDÇİLƏR ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

07 may 2015-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyəti Astara Heydər Əliyev Mərkəzində olmuşlar.

Mərkəzin direktoru Kübra Səmədova əsgərlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında məlumatlar vermişdir. Sonra “Vətənin keşiyində” adlı film nümayiş olunmuş və Mərkəzin kollektivi ilə xatirə şəkli çəkilmişdir.