ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANI İLƏ BAĞLI TƏDBİR

26 oktyabr 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində “Kitabi Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov açmışdır. Mərkəzin direktoru Kübra Səmədova “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcümə edilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 yaşı tamam olur” mövzusunda məruzə oxumuşdur. RİH-nın humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Mirzəli Bayramov, 14 saylı Artupa kənd kitabxana filialının müdiri, şairə Sakitə Əliyeva, Astara Pedaqoji Kollecinin müəlliməsi Vüsalə Cavadova və Mərkəzin bələdçisi Cəmalə Məmmədova çıxış edərək təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixi salnaməsini özündə yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri olan “Kitabi-Dədə Qorqud” irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində Ümummilli lider Heydər Əliyevin rolunun böyük olduğunu vurğulamışlar.