KOMPUTER OYUNLARI ÜZRƏ ASTARA RAYON ÇEMPİONATI

27-28 aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 14-29 yaşlı yeniyetmələr və gənclər arasında Komputer Oyunları üzrə Astara rayon çempionatı keçirilmişdir.

Oyunların Əsasnaməsi Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Təhsil Şöbəsi tərəfindən təsdiq olunmuş, Astara rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı və “Astara” İntellektual inkişaf Klubunun sədri Əfqan Hüseynov çıxış etmişlər. Çıxışlarda Ümumilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və zəngin irsi barədə gənclərə geniş məruzə edilmişdir. Heydər Əliyevin gənclər sahəsində göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Müşavirədən sonra komandalara uğurlar arzulanmış və komputer oyunları üzrə yarışa start verilmişdir. Püşkatma mərasimindən sonra komanda və fərdi birinciliklər üzrə yarışların uduzub çıxma beynəlxalq sisteminə uyğun mübarizəyə start verilmişdir. Komanda üzrə yarışlar “Counter-strike” (5 nəfər), fərdi yarışlar “PES 2015” və “NFS most wanted” oyunu üzrə keçirilmişdir. Yarışda 70 nəfər istedadlı gənc mübarizə aparmışdır. Komanda oyunu üzrə I yerə Astara şəhər 1 saylı tam orta məktəbinin komandası, II yerə Astara şəhər 2 saylı tam orta məktəbin komandası və III yerlərə isə Astara şəhər 4 saylı və Kakalos kənd 1 saylı tam orta məktəblərinin komandaları layiq görülmüşdülər. Fərdi birinciliklərdə “Pes 2015” Oyununda I yerə Qurbanov Vahid ( Astara şəhər 2 saylı tam orta məktəb ), II yerə Əbilov Fərid ( Ərçivan qəsəbə 2 saylı tam orta məktəb ), III yerə Məmmədli Kənan ( Kakalos kənd 1 saylı tam orta məktəb ) “NFS most wanted” oyununda I yerə Heydərov Azad ( Təngərüd kənd tam orta məktəb), II yerə Əhədzadə Ülvi ( Astara şəhər 2 saylı tam orta məktəb ), III yerə isə Hüseynov Ülvi ( Kakalos kənd 1 saylı tam orta məktəb ) layiq görülmüşlər. Qalib komandalara və fərdi birinciliklərin qaliblərinə Astara RGİİ-nin diplomları təqdim olunmuşdur.