"MUSİQİMİZ BU GÜNÜMÜZ"

18.09.2013-cü il tarixdə Milli Musiqi günü ilə əlaqədar rayon Uşaq Musiqi məktəbinin kollektivi Heydər Əliyev Mərkəzində olmuşlar. 

18.09.2013-cü il tarixdə Milli Musiqi günü ilə əlaqədar rayon Uşaq Musiqi məktəbinin kollektivi Heydər Əliyev Mərkəzində olmuşlar. Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesindəki Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoymuşlar. Daha sonra tədbir iştirakçıları ilə “Bizim musiqimiz çox rəngarəngdir çox zəngindir”(Heydər Əliyev) mövzusunda söhbət aparılmış, onlara Ulu Öndərin keçdiyi şərəfli və çətin həyat yolundan danışılmışdır. Qonaqlar Mərkəzin ekspozisiyaları ilə tanış olmuş, “Musiqimiz bu günümüz” adlı sənədli filmə baxmışlar.