III – STEND

 

Şəkil № 19

Moskva, Kreml, 25 iyun 1983-cü il.

1982-ci ilin dekabrında Sov.İKP.MK-nin siyasi bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsinə təyin edilmiş və SSRİ rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5-il isə SSRİ Ali Soveti Sədrinin müavini olmuşdur.

1987-ci ilin oktyabrında Sov. İKP.MK Siyasi Bürosunun və Baş katib Qorboçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa etmişdir.

Heydər Əliyev bir çox Dövlət Orden və Medallara layiq görülmüşdür. Heydər Əliyev 4 dəfə Lenin ordeni, Qırmızı ulduz ordeni, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.

Şəkil 20

Naxçıvan MR , Şahbuz rayonu, 21 may 1980-cı il.

Kalxozların birində. . Heydər Əliyevdən sağda-Naxçıvan vilayət partiya komitəsinin rəhbəri Kamran Rəhimov.

Az. KPMK-nin 1-ci katibi kiçik vətəninə tez-tez baş çəkirdi. Naxçıvan 3500 illik tarixə malikdir. XVIII əsrin ortalarında Nadir şahın imperiyasının süqutundan sonra müstəqil Naxçıvan xanlığı yaradıldı. 1928-ci ildə Türkmənçay müqaviləsinə görə Naxçıvan xanlığı Rusiyaya birləşdirildi. 1918-ci ildə Naxçıvanı Andronokin ordusundan XI Türk Qafqaz ordusunun (Ənvər paşa və Kazım Qarabəkir) əsgərləri xilas etdi.

Şəkil 21

Tovuz , 18 avqust 1975-ci il.

Üzümçülük sovxozlarının birində.

1969-82-ci illərdə Heydər Əliyev AKP MK –nın birinci katibi işləyərkən respublikamızın kənd təsərüffatı sahəsində böyük dönüş yarandı.

Azərbaycan tarixinin islama qədədr ki, dövrünə aid mənbələr sübut edir ki, bu diyarda üzüm hələ qədin zamanlarda, həm təzə halda, həm də emal sənayesində istifadə olunmaq məqsədi ilə becərilmişdir. Lakin üzümçülük və şərabçılığın sənaye əsaslarının təməli XIX əsrin ortalarında qoyulmuşdur.

Bununla belə, üzüm istehsalı və emalı Azərbaycanda yalnız keçən əsrin 70-ci illərindən başlayaraq geniş sənaye miqyaslı inkşaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən qısa müddət sonra bu sahədə əsaslı dönüş yarandı. Ulu öndərin 1969-82-ci illərdə gərgin səyləri və SSRİ – rəhbərliyində yüksək nüfuzu hesabına Sov. İKP MK və SSRİ Nazirlər Soveti səviyyəsində Azərbaycanda üzümçülük və şərabçılığın inkşafını nəzərdə tutan 3 qərar qəbul olundu.

Heydər Əliyevin gərgin əməyi sayəsində artıq 1984-cü ildə respublika büdcəsi gəlirinin 40 faizə yaxın üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin ildə 254 min hektar üzüm bağında 2 milyon 164 min ton məhsul tədarük olunmuşdur. Bu, SSRİ – də istehsal olunan üzümün 30 faizi idi. Müqayisə üçün qeyd edək ki, 1969-cu ildə respublikada üzüm istehsalı 272 min ton təşkil etmişdir. 

Şəkil № 22

Kürdəmir , 21 iyul 1976-cı il.

Pambıqçılıq kolxozlarının birində.

1970-82-ci illərdə Heydər Əliyevin Azərbaycanın pambıqçılıq rayonlarına səfəri , pambıq yığımına şəxsən özünün nəzarət etməsi pambıq  planının artıqlaması ilə dolmasına və tez yığılıb təhvil verilməsinə nəzarət yaradıldı. 1969-cu ildən sonra pambıq istehsalı 2 dəfədən çox yüksəldi.

Şəkil № 23

Voloqda vilayəti, 2 iyul 1983-cü il.

2 iyul 1983-cü ildə Heydər Əliyev SSRİ-nin 50 illiyi adına Çerepovetsk Metallurgiya zavodunda olmuş, 2000 yayma maşınına, soyuq prokat sexinə baxmış, 5 nömrəli domna peçinin tikintisini gedişi ilə tanış olmuş, zavod fəhlələrinin iş və məişət şəraiti ilə maraqlandı.

Şəkil № 24

Novorossiysk , 1986-cı il.

Şəkil № 25

Moskva , 30 mart 1985-ci il.

İspaniyanın Nəqliyyat Naziri E.Baroneni qəbul edərkən.

29-30 mart 1985-ci ildə Heydər Əliyev İspaniyanın nəqliyyat, turizm və rabitə naziri E.Baroneni qəbul etmişdir. Qəbulda 2 ölkə arasında nəqliyyat, turizm, rabitə məsələləri haqqında sazişlər imzalanmışdır.

Şəkil 26

Nyu-York , 28 iyul 1997-ci il.

Heydər Əliyev BMT-də çıxış edərkən.

Azərbaycan respublikası 2 mart 1992-ci ildən BMT-nin üzvüdür. Heydər Əliyev 28 iyul 1997-ci ildə BMT-nin Baş Məclisinin sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş və çıxış etmişdir.

5. QƏBUL YOXLAMA HAQDA QEYDLƏR.

Əliyev Heydər Əlirza oğluna 1951-ci ildə S.M.Kirov adına ADU-nin qəbul yoxlaması tərəfindən verilmiş qeydlər kitabçası.

6. QEYDLƏR KİTABÇASI.

Əliyev Heydər Əlirza oğluna 1951-ci ildə S.M.Kirov adına ADU-nın qəbul yoxlaması tərəfindən verilmiş qeydlər kitabçası.

Naxçıvan XDTK – nın kapitanı Heydər Əliyev 1951-ci ildə Bakıya gələrək S.M.Kirov adına ADU-nun tarix fakultəsinə qəbul olunur.

7. XİDMƏTİ XARAKTERİSTİKA.

Xidməti xarakteristika Baş leytenant Heydər Əlirza oğlu Əliyev yoldaşa 1994-cü ilin may ayında 1950-ci ilin iyun ayınadək Leninqradda SSRİ  DTO məktəbində təhsil aldığına görə verilib.

21 iyun 1950.

1949-cu ildə Leninqradda SSRİ  DTO məktəbində təhsil alan Heydər Əliyev 1950-ci ildə oranı bitirmiş və ona xidməti xarakteristika verilmişdir.

8. ƏRİZƏ.

Kirov adına ADU-nun rektoru yoldaş Hacıyeva

Azərbaycan SSRİ DTK-nın əməkdaşı Heydər Əliyev

tərəfindən

ƏRİZƏ

Yazıb sizdən xahiş edirəm ki, məni ADU-nun tarix fakultəsinin qiyabi şöbəsinə keçirəsiniz.

6 mart 1951-ci il.

1951-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə qəbul olunan Heydər Əliyev 6 mart 1951-ci ildə ADU-nun rektoru Hacıyeva ərizə ilə müraciət edərək onu qiyabi şöbəyə keçirilməsini xahiş etmişdir.

9. RAPORT.

Azərbaycan SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri Polkovnik Qusnova

RAPORT

Sizdən xahiş edirəm  Azərbaycan Dövlət Universitetinə imtahan vermək üçün mənə öz hesabıma növbəti məzuniyyətimdən 6 günlük icazə verəsiniz.

DTK-nın 2-ci şöbəsinin rəisi kapitan Heydər Əliyev.

19 iyul 1954-cü il. Bakı şəhəri.

1953-cü ilin axırında XDTK-nın əkskəşfiyyat şöbəsinin rəisi təyin olunan Heydər Əliyev ADU-ya imtahan vermək üçün Azərbaycan SSRİ Nazirlər Soveti yanında DTK-nın sədri polkovnik Qusnovdan imtahan vermək üçün növbəti məzuniyyətindən 6 günlük icazə istəmişdir.