18 SENTYABR “MİLLİ MUSİQİ GÜNÜ”DÜR MÖVZUSUNDA TEMATİK SÖHBƏT.

18 Sentyabr ”Milli Musiqi günü” ilə əlaqədar Astara rayon Uşaq Musiqi məktəbinin kollektivi şagirdləri ilə birlikdə Astara Heydər Əliyev Mərkəzində olmuşlar.

Astara rayon Uşaq Musiqi məktəbinin kollektivi Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstələri düzmüşdür. Mərkəzin direktoru Kübra Səmədova Astara rayon Uşaq Musiqi məktəbinin kollektivini Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış etmiş və 18 sentyabr ”Milli Musiqi günü” mövzusunda tematik söhbət aparmışdır. Sonda xatirə şəkli çəkilmişdir.