ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR FOTOSƏRGİ

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illyi ilə əlaqadar rayon Heydər Əliyev Mərkəzində fotosərgi nümayiş olunmaqla tədbir keçirilmişdir. Ulu öndərlə bir vaxtda işləmiş və təmasda olmuş insanlarin iştirak etdiyi tədbirdə rayon İcra hakimiyəti Başçısının muavini İ.Maliyev məruzə ilə çıxış etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndərə həsr olunmuş filmə baxmış, sonra isə rayon ağsaqqalar şurasinin sədri H.Əliyev, Əməkdar müəllim H.Hüseynov, rayon pedaqoji kollecinin direktoru Əməkdar müəllim, Fəlsəfə doktoru Ə.Həmzəyev, əmək veteranı Ə.Əliyev və başqalari ümummilli liderimiz Heydər Əliyevin həyat yolundan və xatirələrini danışmışlar. Sonda pedaqoji kollecin tələbələrinin ifasında kompazisiya nümayiş etdirilmişdir.