XOCALI FACİƏSİ - TARİX DƏRSLƏRİ

18 Fevral 2015-ci il tarixindən, 24 fevral 2015-ci il tarixinədək Astara Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Aygün Məmmədovanın və bələdçisi Gülayim Şəfiyevanın iştirakı ilə şəhər 4-5-6 saylı və Ərçivan 3 saylı orta məktəblərində, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda tarix dərsi keçirilmiş və səyyar sərgi təşkil olunmuşdur.

Tarix dərslərində G.Şəfiyeva şagirdlərə “Xocalı soyqırımı” haqqında geniş məlumat vermiş, A.Məmmədova mühazirə oxumuşdur. Sonra şagirdlər təşkil olunmuş sərgilərlə tanış olmuş və Xocalı soyqırımına aid şerlər söyləmişlər.