8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

04 Mart 2015-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Astaranın ziyalı qadınları və Astaranın Qarabağda canlarını vətən yolunda qurban vermiş şəhidlərimizin anaları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Astara RİH-nin Humanitar Məsələlər üzrə müavini Yasəmən Rəsulova açdı. Sonra tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova davam etdirdirərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadına verdiyi yüksək qiyməti dəyərləndirdi. Ağbirçək qadınları, şəhid analarımızı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.