AZƏRBAYCAN RESPUBLİKASININ TARİXİNƏ AİD DƏRSLƏR

Azərbaycan Respublikasının tarixinə aid dərslər 2014-2015 ci dərs ilinin noyabr may aylarında da XI sinif şagirdlərinə Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisi nəzərdə tutulmuşdur.

Belə bir əhəmiyyətli addımın atılması, həmin dərslərin Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzlərdə tədris edilməsi ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən fəal öyrənilməsinə marağı artırmiş, onlarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət etmişdir. Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılması Müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çixan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırmaqdan ibarətdir. Dərslər, bir qayda olaraq, rayon və şəhərdəki Heydər Əliyev Mərkəzlərində dərs məşğələləri bitdikdən sonra təşkil edilir. Müəyyən edilmiş mövzuların sistemli və əhatəli şəkildə şagirdlərə mənimsədilməsi üçün həmin müəllimlərə köməklik məqsədi ilə hər bir mövzu üzrə tezislər tərtib edilir və əvvəlcədən onlara çatdırılır. Kənd yerlərindəki məktəblərdən şagirdlərin bu məqsəd üçün ayrılan nəqliyyət vasitəsi ilə məktəbin nümayəndəsi tərəfindən Heydər Əliyev Mərkəzinə gətirilməsi və geri qaytarılması təhsil şöbələri (idarələri) nəzarət edir, dərslərin aparıldığı müddətdə mərkəzlərdə növbətçilik təşkil edilir.