ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNE HƏSR EDİLMİŞ "BREYN-RİNQ" YARIŞI

20 aprel 2013-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Breynq-rinq” intellektual oyununun Astara rayon çempionatı keçirilmişdir.

Yarış rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman idarəsi, “Astara” intellektual İnkişaf Klubu tərəfindən keçirilmişdir.Yarışın məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, internet, kompyuter texnalogiyaları sahəsində biliklərini artırmaq, eləsə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tədbiq etrməkdən ibarət olmuşdur. Yarışda rayonun məktəbliləri, “Astara” intellektual inkişaf klubunun üzvləri iştirak etmişlər. Yarışda I, II və III yeri tutan komandalar rayon Gənclər və İdman idarəsinin, Heydər Əliyev Mərkəzinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.