MİLLİ ELMLƏR AKADEMIİYASININ ƏMƏKDAŞLARI MUZEY MƏRKƏZİNDƏ

Milli Elmlər Akademiyasının əməkdaşları Heydər Əliyev Mərkəzində olmuşlar.

27 Dekabr 2014-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşları olmuşlar. Muzeyin foyesində Ulu Öndər Heydər Əliyevin fotoşekillərinə baxış keçirilmiş, ikinci mərtəbədə elektron kitabxana, konfrans zalı, nigah otağı və xalçaçılıq dərnəyi ilə tanış olmuşlar. Xalçaçılıq dərnəyinin müəlliməsi Şahxanım Zülfüqarovanın əl işlərindən ibarət sərgiyə baxş keçirmişlər.