ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daima yaşayacaqdır. 12 Dekabr Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun idarə və müəssisə kollektivləri Heydər Əliyev Mərkəzində olmuşlar.

RİH-nin başçıcı Qəzənfər Ağayev və digər idarə müəssisə rəhbərləri mərkəzin foyesində yerləşən Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstələri düzmüş, muzeyin ekspozisiyası ilə tanış olmuş, Ulu Öndərin Astara səfərləri ilə bağlı sənədli filmə baxmışlar. Daha sonra məktəblilər, tələbələr, təşkilatların nümayəndələri də Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.