9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ

9 noyabr 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət bayrağı gününə həsr olunmuş “Azərbaycan Bayrağı fəxrimiz, vüqarımızdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş və Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ən əlamətdar tarixi günlərdən biridir. Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökümət qərarı 1918-ci il iyunun 24-də verilmişdir.

Belə ki,məhs Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etmişdir.

1991-ci ildə Azərbaycan Respublikası Dövlət müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalanmışdır.Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikası Dövlət Bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikası Dövlət Bayrağının Azərbaycan vətəndaşlarının milli həmrərliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, xəzərin sahilində Dövlət Bayraqı Meydanının yaradılması da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət atributuna olan yüksək ehtiramının ən gözəl nümünəsidir.

Tədbirdə Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara rayon Tarix-Diyarşunaslıq Muzeyinin baş fond mühafisi Şahin Əliyev, Astara rayon Pedaqoji Kollecinin tələbəsi Rəqanə Həsənova çıxış etmişlər.