KOLUMBİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ ASTARADA OLMUŞDUR

Kolumbiyanın Azərbaycandakı səfiri Assad Jose Gater cənub bölgəsinə səfəri çərçivəsində Astaraya səfər etmişdir. Rayon rəhbərliyi ilə görüşdən sonra qonaq rayon Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eyni zamanda Astara səfərlərindən bəhs edən foto sərgi ilə tanış olmuşdur.

Sonra səfir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə tanış olmuşdur. Rayon MKS-nin direktoru T.Eyvazov kitabxanada fəaliyyət göstərən şöbələr haqqında qonağa geniş məlumat vermişdir. Cənubi Amerika yazıçılarının kitablarından ibarət Sərgi gonağın daha çox marağına səbəb olmuş, burada dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin Azərbaycan dilinə tərcümə olunmuş kitablarına maraqla baxmışdır. Sonda kitabxanada Kolumbiya səfirliyinin köməyi ilə kitab sərgilətinin və Kolumbiya yazıçılarının kitablarının təqdimatının keçirilməsi təklif olunmuşdur.