“XXI ƏSRDƏ SİNFİN İDARƏ OLUNMASI, PERSPEKTİVLƏR VƏ ÇƏTİNLİKLƏR”

Azərbaycan İngilis Dili Müəllimləri (AzETA) British Council Təşkilatının Türkiyə Ofisinin dəstəyi ilə türkiyəli mütəxəssis Dr Erdem Söylemezin 16 iyun 2014-cü il tarixində Astara Heydər Əliyev Mərkəzində seminar təşkil olunmuşdur.

Seminarın əsas mövzusu “XXI əsrdə sinfin idarə olunması; perspektivlər və çətinliklər”dir. Seminarın məqsədi müəllimlərin pedaqoji bacarığının artırılmasına dəstək vermək, sinfin idarə olunması zamanı müəllim-şagird münasibətlərinin səmərəli təşkilinə dair müəllimlərə müvafiq istiqamətlər verilmişdir. Tədbirin sonunda Azərbaycan İngilis Dili Müəllimləri (AzETA) cəmiyyətinin Təsisçi və İcraçı direktoru Rəqsanə Məmmədova Mərkəzin rəhbərliyinə belə şəraitin yaradılmasına dəstək olduğu üçün öz minətdarlığını bildirmişdir. Sonra Mərkəzin direktor əvəzi Elza Kazımova Dr.Erdem Söylemezi Mərkəzin ekspozisiyası ilə tanış etmiş və Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fətəşəkillər və sənədlər haqqında geniş məlumat vermişdir.