- Ətraflı
- Nəşr edilib 13.02.2017 13:14
SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI
13 fevral 2017-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin əməkdaşları peşə bayramları münasibətilə Astara Heydər Əliyev Mərkəzində olmuşlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstələri düzmüş, Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillərlə tanış olmuş və “Vətənin müdafiəsinə hazıram” (Heydər Əliyev) mövzusunda tematik söhbət aparılmışdır.
Sonda xatirə şəkli çəkilmişdir.